Onun Reyhanlı hücumunun planlaşdırıcıları arasında yer aldığı məlum idi
Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda 2013-cü ildə 53 nəfərin həlak olduğu terror hücumunun məsul şəxslərindən biri olan Məhəmməd Dib Koralı Suriyada yaxalanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Milli Kəşfiyyat Təşkilatı (MİT) Reyhanlı hücumunun təşkilatçılarından biri olan Məhəmməd Dib Koralının partlayışda istifadə olunan bombaların təchizatçısı olduğunu müəyyən edib. Həmçinin, Koralı haqqında həbs qərarının olduğu və onun Reyhanlı hücumunun planlaşdırıcıları arasında yer aldığı məlum idi. Aparılan kəşfiyyat əməliyyatları nəticəsində onun yeri müəyyən edilib və MİT tərəfindən Suriyada həyata keçirilən sərhəd aşırı əməliyyatla yaxalanaraq Hatay Polis İdarəsinə təhvil verilib.
MİT 2018-ci ildə hücumun qaçaq məsul şəxslərindən və planlaşdırıcılarından biri olan Yusuf Naziki də Suriyada keçirilən əməliyyatla Türkiyəyə gətirmişdi.
Xatırladaq ki, 11 may 2013-cü ildə Reyhanlıda baş verən iki ayrı bombalı terror hücumu nəticəsində 53 nəfər həlak olmuş, çox sayda mülki şəxs yaralanmışdı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...