Fotojurnalist Qaqik Şamşyan parlamentin "Ermənistan" fraksiyasından olan deputatı Mher Saakyanın yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyini yazır. SİA xəbər verir ki, Şamşyanın sözlərinə görə, məlumatlar ilkindir.
"Shamshyan.com" kriminal xəbər saytının məlumatına görə, parlamentari bazar günündən axtarışda idi. Onun meyiti bazar ertəsi Ararat rayonunun Tiqranaşen kəndi yaxınlığında avtomobildə tapılıb.
Məlum olub ki, "Honda Accord" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq kanala yuvarlanıb.
Saakyanın 37 yaşı var idi və arxasında üç azyaşlı uşağı qalıb.
Nazlı Almuradova
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...