İsrailin hərbi-siyasi kabineti Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanı təsdiqləyib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Ofis siyasi, humanitar və təhlükəsizlik aspektlərini nəzərdən keçirərək bu qərara gəlib. Bundan əlavə, saziş müharibənin məqsədlərinə çatmağa töhfə verir.
Buna əsaslanaraq, Nazirlərin Milli Təhlükəsizlik Komitəsi hökumətə təklif olunan planı təsdiq etməyi tövsiyə edib. Yanvarın 17-də bu məsələ ilə bağlı iclasın keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 16-da imzalanıb və 19-da qüvvəyə minəcək.
ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin sözlərinə görə, saziş üç icra mərhələsini əhatə edir.
Birinci mərhələ tam atəşkəs, İsrail qoşunlarının Qəzzadan çıxarılması və HƏMAS-ın əlində olan bir sıra girovların azad edilməsini nəzərdə tutur.
İkinci mərhələdə girovların azad edilməsi və qoşunların çıxarılması prosesinin başa çatdırılması, üçüncü mərhələdə isə öldürülən girovların cəsədlərinin yaxınlarına təhvil verilməsi planlaşdırılır.
Daha sonra Qəzza zolağının yenidən qurulması prosesi başlayacaq. Daha sonra HƏMAS İsraili razılaşmanı sabotaj etmək cəhdində ittiham edib.
Onlar bildiriblər ki, Təl-Əviv razılaşma elan edildikdən dərhal sonra anklavın müxtəlif yerlərinə zərbələri gücləndirib.
Əli Babayev
Mətbuat katibi Peskovdan möhtəşəm bir şərh...
“Mühasib” Merts yenə də Kremlə hər cəhətdən xoş bir insan kimi görünəcək...
“Dəhşətli və amansız” Putinə nə oldu?
Rusiya vətəndaşlarının ölkədən çıxışı avtomatik olaraq qadağan olunacaq...
Netanyahu İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini tənqid edən bir filmə görə İsrail rejissorlarının vətəndaşlığının ləğvi çağırışlarına qoşulub...
Putinin agentləri Vaşinqton yaxınlığında sui-qəsd planlaşdırıblarmı?