ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-nə planlaşdırılan andiçmə mərasimi soyuq hava ilə əlaqədar Kapitol Rotundaya köçürülə bilər. SİA-nın məlumatına görə, bu barədə "New York Times" öz mənbələrinə istinadən xəbər verir.
Trampın andiçmə mərasimində iştirak edən rəsmilər hava şəraiti ilə əlaqədar olaraq onun andiçmə mərasimini Capitol Rotundaya köçürə bilər.
Bu gün havanın temperaturunun -13 dərəcə olacağı gözlənilir, - deyə nəşr yazır.
Məqalə müəlliflərinin qeyd etdiyi kimi, pis hava şəraitinə görə qapalı şəraitdə and içən sonuncu prezident 1985-ci ildə Ronald Reyqan olub və onun inauqurasiya paradı ləğv edilib.
Daha əvvəl məlum olmuşdu ki, Trampın komandası immiqrasiya məsələləri ilə bağlı sərt sərəncamlar paketini yekunlaşdırır və bu, inauqurasiyadan sonra ilk saatlarda dərc olunacaq.
Tədbirlər artıq ABŞ-da yaşayan immiqrantlara, eləcə də ABŞ-Meksika sərhəddində sığınacaq istəyən miqrantlara təsir edəcək.
Əli Babayev
ABŞ prezidenti İran hakimiyyətindən “daha əvvəl” “kifayət qədər” xəbər tutduğunu söyləyib...
ABŞ prezidenti İran hakimiyyətindən “daha əvvəl” “kifayət qədər” xəbər tutduğunu söyləyib...
Putin Əli Xameneinin öldürülməsini insan əxlaqı normalarını və beynəlxalq hüququ pozan kinayəli qətl adlandırıb...
Rey MakQovern, bu müharibənin “Trampın qazana bilməyəcəyi bir macəra” və nəticəsinin yüksək ölüm sayı ilə “kədərli bir hekayə” olacağını deyib
Kremlin baş ideoloqu rezonans doğuran bir açıqlama verib…
Səkkiz nəfər ölüb, onlarla insan yaralanıb...