PDF Oxu

Dünya

  • 2 733

Amerikalı konqresmenlər 20 Yanvarla bağlı bəyanat veriblər

image

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər. SİA-nın məlumatına görə, bəyanatda 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan "Qara Yanvar" gecəsində təxminən iyirmi altı min sovet qoşununun paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar və qadınlar da daxil olmaqla günahsız insanlara və dinc etirazçılara atəş açdığını, nəticədə 147 insanın həlak olduğu, 800 nəfərin yaralandığı, 841 nəfərin həbs edildiyi və 5 nəfərin isə itkin düşdüyünü bildirib.

Daha sonra Konqres üzvü 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib.

Bununla yanaşı, ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 1992-ci il fevralın 28-də diplomatik əlaqələrin qurulduğu qeyd olunub.

S.Kohen ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədri kimi həmkarlarına Azərbaycanın müstəqilliyi yolunda canlarını qurban verənləri tanımağa çağırış edib.

Bəyanatında 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü R.Aderholt dost və tərəfdaş olan Azərbaycanda "Qara Yanvar"ın 35-ci ildönümünün anıldığını bildirib.

Konqres üzvü bu dövrün Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı olduğunu, zülm və dəhşət dövrü olduğunu, lakin kommunizmin şərindən qorxmayan Azərbaycan xalqının azadlığa can atdığını qeyd edib. 1990-cı il yanvarın 19-da Azərbaycanın paytaxtı Bakıda sovet qoşunları tərəfindən 100-dən çox azərbaycanlı nümayişçinin öldürülməsi və daha 700 nəfərin yaralanması ilə zorakılığın baş verdiyini, bunlara baxmayaraq, Azərbaycan xalqının 1991-ci il oktyabr 18-də SSRİ-dən müstəqillik əldə edənə qədər dinc etirazlarını davam etdirdiyini vurğulayıb.

Bəyanatda R.Aderholt həmkarlarından Azərbaycanda "Qara Yanvar" hadisələrinin anılmasında və azadlıq uğrunda mübarizədə canlarından keçənlərin xatirəsinin ehtiramla yad edilməsində ona qoşulmalarını xahiş edib. Həmçinin o, ABŞ-ın Azərbaycan xalqını və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam etdiyini qeyd edib.

Digər xəbərlər

Putin öz qorxusunun girovuna çevrildi...

Əsas təhlükə təkcə Ukraynadan gələ bilməz...

“Əlvida, Tramp”…

Husilər Bab əl-Məndəbi mədən edirlər və ABŞ prezidenti seçkilərdə uduzmağa hazırlaşır…

Müharibədən sonra Putin üç problemlə üzləşəcək

Bunlardan biri Trampın həll edə bilməyəcəyi və ən başlıcası Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarıdır...

Rusiya seçkilərdən sonra kəskin şəkildə dəyişəcək

Putin yeni səfərbərlik dalğası hazırlayır…

“Makronun arvadı hələ də kişidir”..?

Bricit Makronun kimliyi haqqında həqiqəti üzə çıxaran jurnalist məhkəmədə qalib gəldi...

Tramp bu qarışıqlığı özü başlatdı

Onun siyasəti artıq qlobal neft bazarına zərbə vurub...

Kiyevin ABŞ-da təşəbbüsü ələ keçirmək şansı var...

Tramp və Zelenski arasında görüşə sayılı günlər qalıb...

Putinin müharibəsi Rusiya elitası üçün getdikcə daha baha başa gəlir

Böyük bizneslər özlərini müdafiə etməyə məcbur edilirlər...

“Ukrayna lazım olan hər şeyi əldə edərsə, qalib gələcək...”

Müttəfiqlərin vədlərdən qətiyyətli hərəkətlərə keçməsinin vaxtıdır...