İstanbulda üçmərtəbəli hoteldə baş verən yanğın nəticəsində ən azı üç nəfər həlak olub. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Yanıq xəsarətləri alan iki nəfərin vəziyyəti ağırdır.
Hadisə yerli vaxtla saat 03:30 radələrində Ataşehir rayonunda baş verib. Yanğın hotelin mətbəx yerləşən köməkçi otağında başlayıb, insidentin səbəbi hələ müəyyən edilməyib.
Hadisə yerinə gələn xilasedicilər hoteldəki insanları təxliyə ediblər, yanğın söndürülüb. Beş yaralıdan üçü xəstəxanada vəfat edib.
"CNN Türk" telekanalının məlumatına görə, polis hotelin iki işçisini saxlayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...