PDF Oxu

Dünya

  • 2 749

Ersin Tatar Nikos Xristodoulides ilə görüşüb

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar Cənubi Kıbrıs Rum İdarəsinin rəhbəri Nikos Xristodoulides ilə görüşüb.

image

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar Cənubi Kıbrıs Rum İdarəsinin rəhbəri Nikos Xristodoulides ilə görüşüb.

SİA-nın məlumatına görə, görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi və BMT-nin Kıbrıs Sülh Qüvvələri (UNFICYP) missiyasının rəhbəri Kolin Stivır bufer zonada yerləşən iqamətgahında baş tutub.

Bildirilib ki, KKTC prezidenti və Rum icmasının lideri Xristodulides iki ölkə arasındakı sərhəd keçid məntəqələri başda olmaqla bir çox mövzunu müzakirə ediblər.

KKTC prezidenti Tatar görüşdən sonra verdiyi açıqlamada Rum Lideri Xristodoulides ilə görüşündə gündəmə gələn Haspolat sərhəd keçid məntəqəsindən əlavə olaraq Akıncılarda da bir sərhəd keçid məntəqəsinin istifadəyə verilməsini təklif etdiyini bildirərək, Rum tərəfinin vətəndaşları üçün Kiracıköy və Erenköyden tranzid keçid, yəni KKTC ərazisindən keçid tələb etdiyini vurğulayıb.

Dövlət başçısı Ersin Tatar Rum İdarəsinin KKTC vətəndaşlarına qarşı ayrı-seçkilik etdiyini və sonradan vətəndaşlıq almış türk əsillilərin ölkəyə girişinə icazə vermədiyini xatırladaraq, Xristodulides ilə görüşündə bu məsələni gündəmə gətirdiyini bildirib.

Ersin Tatar KKTC vətəndaşları arasında Rum tərəfinə keçidlə bağlı ayrı-seçkiliyin qəbuledilməz olduğunu çatdırdığını vurğulayaraq, fevralın 10-dan əvvəl Rum rəhbəri ilə yenidən görüşəcəklərini sözlərinə əlavə edib.

Xristodoulides görüşdən sonra verdiyi açıqlamada görüşdə Nyu-Yorkda axşam yeməyində müzakirə etdikləri keçid məntəqələri və digər fikirlərlə bağlı səkkiz maddəlik təklif paketini prezident Tatara təqdim etdiyini söyləyib.

Sözügedən paketin parça-parça deyil, bütöv olaraq qəbul edilməsinin vacibliyini dilə gətirən Xristodoulides bunun bütün kıbrıslıların, kıbrıslı rumların və kıbrıslı türklərinin xeyrinə olacağını ifadə edib.

Digər xəbərlər

Belaruslular rus turistlərə qapını göstərirlər...

“Çamadanını götür və qatar stansiyasına”. Rusların getməsi üçün marşrut da planlaşdırılıb...

Rusiya rejimi əslində nədən qorxur?

Putinin səfərbərliyi təxirə salmasının səbəbi də məhz budur...

Putinin riyaziyyata qarşı xəyalları...

Müharibə Tədqiqatları İnstitutu Donbasın işğalının əsl şərtlərini adlandırdı... Rusiya ordusu artıq 15 müddətə əməl edə bilməyib...

“Kreml baş verənlərə nəzarəti itirir...”

İqor Lipsits bu qış Rusiyanı nələrin gözləyə biləcəyini izah etdi...

“Yazda Rusiya ordusu döyüş effektivliyini tamamilə itirəcək”

Hərbi analitik cəbhədə dönüş nöqtəsi olacağını proqnozlaşdırdı...

Soçi soyunma otağından...ayıb olsun..?

Simonyana heç olmasa bir qutu benzin göndərin.!.