PDF Oxu

Dünya

  • 2 683

Türkiyədə bir günlük matəm elan edilib

image

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət toplantısından sonra açıqlamasında bildirib.

Prezident Ərdoğan yanğın xəbəri daxil olduğu dəqiqədən etibarən bölgəyə aidiyyəti sahələrdən məsul nazirlərin və heyətlərin cəlb edildiyini deyib. Bildirilib ki, yanğının söndürülməsi üçün bölgəyə 156 texnika və 428 nəfərdən ibarət canlı qüvvə yönləndirilib. Hadisənin baş verməsində məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar başladılıb, hazırda bununla bağlı dörd nəfər saxlanılıb.

Xatırladaq ki, Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə gecə saatlarında yanğın baş verib. On saat davam edən yanğınsöndürmə işlərindən sonra alov nəzarət altına alınıb. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar var.

Digər xəbərlər

“Ruslar seçkilərdən dəyişikliklər deyil, yeni problemlər gözləyirlər”

Rusiyada nəticəsi əvvəlcədən müəyyən edilmiş parlament seçkiləri davam edir...

Atlantic Council: Ermənistan Putindən üz döndərir...

Ukraynadakı müharibə Kremlin imperiya infrastrukturunu dağıdıb...

Zirehli MAUL robotları cəbhə xəttində işləyir

Ukrayna cəbhə xəttindəki ən təhlükəli nöqtələrdən yaralıları xilas etməyin yolunu tapıb...

WSJ: Putin və Tramp xəyalpərəstdirlər

Onlar müharibələrində qalib gələ bilməzlər...

Putin öz qorxusunun girovuna çevrildi...

Əsas təhlükə təkcə Ukraynadan gələ bilməz...

“Əlvida, Tramp”…

Husilər Bab əl-Məndəbi mədən edirlər və ABŞ prezidenti seçkilərdə uduzmağa hazırlaşır…

Müharibədən sonra Putin üç problemlə üzləşəcək

Bunlardan biri Trampın həll edə bilməyəcəyi və ən başlıcası Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarıdır...

Rusiya seçkilərdən sonra kəskin şəkildə dəyişəcək

Putin yeni səfərbərlik dalğası hazırlayır…