...Kemerovo vilayətində prokurorluq uşaq xəstəxanasında uşağı döyən tibb bacısı ilə bağlı araşdırma aparır. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Hadisə Belovo şəhərindəki 8 saylı uşaq xəstəxanasında baş verib və video lentə alınıb.
İnternetdə yayımlanan görüntülərdə xəstəxana tibb bacısı uşağı başmaq ilə bir neçə dəfə vuraraq palatadan çıxarıb. Yerli mətbuatın məlumatına görə, tibb işçisinin aqressivliyinə səbəb oğlanın yatmaqdan imtina etməsi olub.
Hadisəni rayon prokurorluğu araşdırır, azyaşlının vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil.
Bundan əvvəl Sverdlovsk xəstəxanasında bir nəfərin palata yoldaşını öldürməklə hədələyərək döydüyü bildirilirdi. Təcavüzkar qışqıraraq çarpayısında uzanan xəstəyə yuxuda danışdığı üçün hücum edib və onu şüşə ilə döyüb.
Hücum videoya çəkilib və hadisənin şahidi qəzəblənib və tibb bacılarını hadisə yerinə çağırıb. Təcavüzkar onlara çox danışan qonşusunun əziyyət çəkdiyinə görə dörd gecə yatmadığını deyib.
Nazlı Almuradova
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...