"Biz hərbi təhlükəsizliyimizi hamburgerlər və alman avtomobilləri ilə dəyişmək fikrində deyilik". SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Fransanın silahlı qüvvələr naziri Sebastyan Lökornü Amerika prezidenti Donald Trampın andiçmə mərasimindəki çıxışına cavab olaraq bəyan edib. O bildirib ki, Fransa və Avropa İttifaqı hərbi təhlükəsizliyi hamburgerlərlə dəyişməyəcək. Nazir, həmçinin Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejurne tərəfindən bir gün əvvəl qaldırılan ticarət müharibəsinin qarşısını almaq üçün Avropa İttifaqı ilə ABŞ arasında "sövdələşmə" perspektivi ilə razılaşmadığını da deyib.
"Təhlükəsizliyimizi həvalə etməkdən söhbət gedə bilməz. Stefan Sejurne yenidən silahlandırılmanı təşviq etməkdə haqlı idi, lakin bu, ABŞ-dan daha çox silah almaq demək deyil", - deyə fransız nazir qeyd edib və ABŞ-dan silah alınmasını tarixi cəfəngiyyat kimi qiymətləndirib.
Fransa silahlı qüvvələr nazirinin sözlərinə görə, avropalılar müdafiə məsələlərində, nəhayət Avropa muxtariyyəti üçün çərçivə müəyyən etməlidirlər.
Xatırladaq ki, Donald Tramp avropalı müttəfiqlərini Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) müdafiə xərcləri hədəflərinə çatmadıqlarına görə dəfələrlə tənqid etmiş və bu təşkilatdan çıxmaqla hədələmişdi. Onun ABŞ-ın Ukraynaya hərbi yardımını tənqid etməsi avropalı müttəfiqləri ABŞ-ın gələcək dəstəyi ilə bağlı narahatlığına səbəb olub. Trampın xarici idxala təklif etdiyi yüksək rüsumlar bir sıra Avropa paytaxtlarını xüsusilə narahat edir, çünki ABŞ əsas bazardır.
D.Trampın hakimiyyətə yenidən qayıdışı Fransa siyasətçiləri arasında təlatüm yaradıb.
Rusiya iqtisadiyyatına böyük zərbə...
Fars körfəzindəki münaqişə hava hücumlarından qoşunların desant çıxarılması ilə nəticələnə bilər...
İqtisadiyyat nə qədər tab gətirə bilər?
Pekinə inam sarsıldı…
Dronların “Wildberries”-in Rusiyadakı ən böyük anbarlarından birinə hücum etməsindən sonra...
Onlar, həqiqətən də, küçə lampalarında vaxt keçirmək istəyirlər...
Ukraynaya qarşı müharibə Kreml üçün getdikcə daha çox problem yaradır...
...Ukraynaya gəlib. O, Simonyana cavab verib və bir çox müttəfiqlərini tənqid edib..
Huşunu itirdi və itaətsiz bədəni qəbul otağının bahalı fars xalçalarının üzərinə çökdü...
İslamabad və qlobal gücə yeni yol...