PDF Oxu

Dünya

  • 2 573

Rusiya ilə Özbəkistan arasında strateji tərəfdaşlıq proqramı imzalanıb

image

Rusiya ilə Özbəkistan arasında 2026-2030-cu illər üçün hərbi sahədə strateji tərəfdaşlıq proqramı imzalanıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Rusiyanın müdafiə naziri Andrey Belousov Özbəkistanın paytaxtı Daşkənddə olub və özbək həmkarı Şuxrat Xalmuxamedov ilə görüşüb.

Belousov burada etdiyi açıqlamada Özbəkistan tərəfi ilə birgə görülən işlərin Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edərək, "Rusiya və Özbəkistan uzun illərdir strateji tərəfdaşdır və dost ölkələrdir" deyib.

Belousov Özbəkistanla əməkdaşlığın inkişaf etdiyini və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqda yeni mərhələyə qədəm qoyulacağını bildirib.

Görüşdən sonra Belousov və Xalmuxamedov Rusiya və Özbəkistan müdafiə nazirlikləri arasında 2025-ci il üçün əməkdaşlıq planı və 2026-2030-cu illər üçün hərbi sahədə strateji tərəfdaşlıq proqramı imzalayıblar.

Belousov daha sonra prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

Mirziyoyev Belousovla görüşündə Orta Asiyada hərbi-siyasi vəziyyəti müzakirə edib.

Digər xəbərlər

Lukaşenko bir daha dollara qarşı çıxış etdi

Belarus lideri artıq bu müharibədə uduzub…

Qallyamov: Kreml müharibə məsələsində iki yerə bölünüb...

“Qarşıdan gələnlər” Putinin kursunu dəyişməsinə mane olurlar...

“İran və Rusiya hərbi inkişaf üçün süni intellektdən istifadə ediblər”

Hücumçular getdikcə model müdafiəsini keçməyə çalışırlar...

Ukraynanın bu ilki əsas qələbəsi Kremlin yalanlarını üzə çıxardı

Əməliyyatın uğuru əsasən informasiya sükutu ilə bağlı idi...

“Moskva Belarusu Avropaya təzyiq göstərmək üçün bir vasitəyə çevirir”

“Oreşnik” raket sisteminin yerləşdirilməsi daha geniş bir qorxutma kampaniyasına uyğundur...

“Ozero” kooperativi hakimiyyətini itirir...

Putin öz təhlükəsizlik qüvvələrinin oyuncağına çevrilir...

Si Cinpin Putinin Kim Çen Inla yaxınlaşmasından narahatdır

Forbes Çin liderinin narahatlıqları barədə məlumat yayıb...

The Guardian: Rusiya seçkilərinin arxasında Kremlin qorxusu dayanır

Açıq-aşkar saxtakarlıqlar Rusiya hakimiyyətinin əleyhinə işləyə bilər...