Amerikan Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) "Curiosity" tədqiqat aparatı Marsda təxminən 3,7 milyard il əvvəl əmələ gəlmiş ola bilən qədim dalğa izlərini aşkar edib. SİA-nın məlumatına görə, bu tapıntılar planetin keçmişdə daha isti və sıx atmosferə malik olduğunu və maye su saxladığını göstərir.
"Curiosity" 2012-ci ildən bəri Marsı tədqiq edir və Qeyl krateri ətrafında torpaq nümunələri toplayaraq planetin iqlimi və geologiyası haqqında məlumat əldə etməyə çalışır. Son tapıntılar Marsda bir vaxtlar maye su olan göllərin mövcud olduğunu göstərir və bu, planetin ilkin dövr şərtlərinə dair mühüm məlumatlar təqdim edir.
Marsın səthində bir vaxtlar maye su kütlələrinin geniş yayılıb-yayılmadığını başa düşmək üçün daha çox araşdırma aparılmalıdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...