PDF Oxu

Dünya

  • 2 571

Rus casus gəmisi altı ayda ikinci dəfə Britaniya sularına daxil olub

image

Böyük Britaniyanın müdafiə naziri Con Xili bildirib ki, Rusiya casus gəmisi "Yantar" yenidən Britaniya sularında görünüb. SİA-nın məlumatına görə, PAMedia xəbər verir ki, Xili bunu İcmalar Palatasında çıxışı zamanı deyib.

Britaniyalı nazirin sözlərinə görə, Rusiyanın "Yantar" gəmisi hazırda Şimal dənizindədir, lakin əvvəllər Britaniya sularından keçib.

Bu zaman nazirin göstərişi ilə rusları Kral Donanmasının HMS Somerset və HMS Tyne gəmiləri müşayiət edib.

...Gəmi noyabr ayında da yaxından izlənildi və Böyük Britaniyanın kritik sualtı infrastrukturu üzərində gəzdiyi aşkar edildi.

Bunu ingilis nazir deyib.

O vurğulayıb ki, Rusiya "Yantar"dan "kəşfiyyat məlumatları toplamaq və Böyük Britaniyanın kritik sualtı infrastrukturunun xəritəsini çəkmək" üçün istifadə edir.

...Biz sizi görürük, nə etdiyinizi bilirik və bu ölkəni qorumaq üçün qətiyyətli addımlar atmaqdan çəkinməyəcəyik.

Bunu da Britaniya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb. ...Qeyd edilir ki, "Yantar" rəsmi olaraq sualtı xilasetmə imkanlarına malik köməkçi ümumi okeanoqrafik tədqiqat gəmisi kimi təsnif edilir. O, Rusiya Müdafiə Nazirliyinə tabedir və Hərbi Dəniz Qüvvələrinə daxil deyil. Açıq mənbəli kəşfiyyat analitiklərinin fikrincə, o, dərin dəniz maşınlarından istifadə edə bilir və dəfələrlə dəniz dibi infrastrukturunun yaxınlığında fəaliyyət göstərib.

Əli Babayev

Digər xəbərlər

Əfqanıstan və Pakistan əməliyyatları dayandırırlar: bayrama görə...

Tərəflər qarşıdan gələn İslam Ramazan bayramı ilə əlaqədar müvəqqəti atəşkəs barədə razılığa gəliblər...

Çağırışçılar çox vaxt heç cəbhəyə belə çatmırlar, elə...

Z-bloqçu Rusiya ordusundakı qəribə itkilər haqqında hekayələr paylaşıb...

Kiyev müsəlmanlar arasında terrorçuları cəlb edir..?

Təxribatçıların bəzilərinin yaşı 18-dən azdır..?

Səudiyyə Qətərə hücumdan sonra İranı hərbi qisasla hədələyir...

Sərt cavab təkcə Qətərin Ras Laffan kompleksinə edilən zərbələr deyil, həm də krallığın ərazisinə birbaşa hücumlar ilə əlaqədardır...

Gəmi sahibləri Hörmüz boğazından neft daşımaq üçün riskə gedirlər...

Bu səyahətlər müasir dəniz ticarətində ən riskli hala gəlib...

“Rusiyanın heç bir bölgəsi özünü təhlükəsiz hiss edə bilməz...”

Rusiyalı general dronlardan qorumağın mümkün olmadığını bildirib...O, bunu ölkə ərazisinin çox böyük olması ilə əlaqələndirib...

Amerika qoşunları İran adalarına enməyə hazırlaşırmı?

Hərbi ekspert bunun mümkün olub-olmadığını izah edir...