ABŞ-ın yeni prezidentinin digər yeni sərəncamı da reaksiya yaradıb
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın "anadangəlmə vətəndaşlığ"ın dayandırılmasını təklif edən sərəncamına ilk maneə məhkəmə sistemindən gəldi. SİA-nın məlumatına görə, Federal hakim qərarın müvəqqəti dayandırılmasına qərar verdi.
D.Trampın fərmanı ABŞ Konstitusiyasına 14-cü düzəlişinə zidd sayılıb. Maddədə Birləşmiş Ştatlarda doğulan hər kəsə vətəndaşlıq verilir. Fərmanda isə fevralın 19-dan etibarən bu təcrübənin dayandırılması nəzərdə tutulur.
22 ştatın baş prokuroru nizamnaməyə qarşı 5 ayrı iddia qaldırıb. Onlar anadangəlmə vətəndaşlığın konstitusiya haqqı olduğunu bildirərək reqlamentin ləğvini istəyiblər.
Vaşinqton ştatının Sietl şəhərində federal hakim sərəncamın icrasını müvəqqəti dayandırmağa qərar verib. Hakim bildirib ki, hökmün qanuniliyi ilə bağlı rəylər dinlənilməlidir.
Trampın "dayandırma qərarı" ilə bağlı dərhal açıqlama verərək şikayət edəcəyini bildirib.
ABŞ-ın yeni prezidentinin digər yeni sərəncamı da reaksiya yaradıb. Birləşmiş Ştatlar tarixinin ən mübahisəli hadisələrindən biri olan Con Kennedi və Martin Lüter Kinqin qətlləri ilə bağlı qovluqların məxfiliyi ləğv edilib. Trampın yeni sərəncamı ilə indiyə qədər gizli saxlanılan sənədlər ictimaiyyətə açıqlanacaq.
Ukrayna pilotsuz təyyarələrinin zərbəsindən sonra.
Kreml rəhbəri ABŞ prezidenti ilə münasibətindən danışıb
"Türkiyəni təhdid edən terror qruplaşmalarına Suriya ərazisində imkan verməyəcəyik"
Qeyri-qanuni immiqrantlar Hərbi Hava Qüvvələrinin təyyarələri ilə ölkədən çıxarılır
Qəzzada atəşkəsdən sonra Şərqi Qüdsdəki Əqsa məscidində qılınan ilk cümə namazında 50 min müsəlman ibadət edib...
ABŞ prezidentinin bəyanatından sonra qiymətlər ucuzlaşmağa başlayıb...
ABŞ-ın yeni prezidentinin digər yeni sərəncamı da reaksiya yaradıb