PDF Oxu

Dünya

  • 1 023

PKK/YPG bunu qəbul etmədi...

"Türkiyəni təhdid edən terror qruplaşmalarına Suriya ərazisində imkan verməyəcəyik"

image

Suriyada yeni administrasiyanın lideri Əhməd Şara Türkiyəni təhdid edən terror qruplaşmalarına Suriya ərazisində imkan verməyəcəklərini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Əhməd Şəra açıqlamasında xarici terrorçu ünsürlərin Suriyanı tərk etməsinin vacibliyini vurğulayaraq, Suriyaya verdiyi dəstəyə görə prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə təşəkkür edib.

Əhməd Şəra terror təşkilatı PKK/YPG-nin ölkəsindəkı mövcudluğuna qarşı açıq mesajlar verib. Türkiyə ilə eyni mövqedən çıxış etdiklərini bildirən Şəra terror təşkilatına qarşı mövqelərini də sərt şəkildə dilə gətirib.

Əhməd Şara xarici silahlı qruplaşmaları istəmədiklərini və Suriya ərazisində Türkiyəni təhdid edən birləşmələrə icazə verməyəcəklərini vurğulayaraq deyib:

"Biz ilk gündən dedik ki, bütün qruplar silahlarını yerə qoyub Müdafiə Nazirliyinin damı altına girəcəklər. Bunu hamısı qəbul etdi. Amma təəssüf ki, PKK/YPG bunu qəbul etmədi. Terror təşkilatı daxilində Suriya əsilli olmayan ünsürlər var, bu şəxslər ölkəni tərk etməlidirlər. PKK/YPG DEAŞ-dan şantaj materialı kimi istifadə edir. Bu vəziyyət beynəlxalq səviyyədə həll edilmədir".

Əhməd Şəra suriyalıları ölkələrinə qayıtmağa çağırıb və beynəlxalq ictimaiyyətdən Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməyi tələb edib.

Digər xəbərlər

Rosneft-in ən böyük neft emalı zavodu daşımaları dayandırıb

Ukrayna pilotsuz təyyarələrinin zərbəsindən sonra.

Putin Trampla görüşə hazır olduğunu açıqlayıb

Kreml rəhbəri ABŞ prezidenti ilə münasibətindən danışıb

PKK/YPG bunu qəbul etmədi...

"Türkiyəni təhdid edən terror qruplaşmalarına Suriya ərazisində imkan verməyəcəyik"

Miqrantlar ABŞ-dan kütləvi şəkildə çıxarılır

Qeyri-qanuni immiqrantlar Hərbi Hava Qüvvələrinin təyyarələri ilə ölkədən çıxarılır

Atəşkəsdən sonra Əqsa məscidində qılınan ilk cümə namazı

Qəzzada atəşkəsdən sonra Şərqi Qüdsdəki Əqsa məscidində qılınan ilk cümə namazında 50 min müsəlman ibadət edib...

Səudiyyə Trampa cavab verdi

ABŞ prezidentinin bəyanatından sonra qiymətlər ucuzlaşmağa başlayıb...

ABŞ-ın gizli sənədləri ictimaiyyətə açıqlanacaq

ABŞ-ın yeni prezidentinin digər yeni sərəncamı da reaksiya yaradıb