PDF Oxu

Dünya

  • 1 006

Maliyyə çətinliyi olan bizneslərin sayı rekord həddə çatıb - Britaniyada

image

Böyük Britaniyada kritik maliyyə çətinliyində olan bizneslərin sayı rekord səviyyəyə yüksəlib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə iflas üzrə ixtisaslaşmış "Begbies Traynor" şirkəti məlumat yayıb.

Şirkət bildirib ki, ən ciddi çətinliklər əyləncə və pərakəndə ticarət sahələrində müşahidə olunsa da, tikinti sektoru da ağır vəziyyətlə üzləşir. Hesabatda bildirilib ki, ilin sonunda kritik maliyyə çətinliyində olan şirkətlərin sayı artır. Lakin 2023-cü ilin sentyabr-dekabr aylarında bu rəqəm 50 faiz artaraq 46 min 583-ə çatıb. Bu, 2004-cü ildən bəri qeydə alınan ən böyük sıçrayışdır.

Şirkətlərin maliyyə çətinliyinin əsas səbəblərindən biri Vergi və Gömrük İdarəsinin (HMRC) gecikmiş vergi borclarını daha sərt şəkildə geri tələb etməsidir. Bununla yanaşı, əhəmiyyətli maliyyə çətinliyində olan bizneslərin sayı da rüblük göstəriciyə görə 3,5 faiz artaraq 654 min 765-ə yüksəlib.

Maliyyə problemləri, eyni zamanda, istehlakçı etibarının azalması ilə də üst-üstə düşür. Vətəndaşlar həm ölkənin ümumi iqtisadi perspektivləri, həm də şəxsi maliyyə vəziyyətləri ilə bağlı daha çox narahatlıq keçirirlər.

Digər xəbərlər

Rosneft-in ən böyük neft emalı zavodu daşımaları dayandırıb

Ukrayna pilotsuz təyyarələrinin zərbəsindən sonra.

Putin Trampla görüşə hazır olduğunu açıqlayıb

Kreml rəhbəri ABŞ prezidenti ilə münasibətindən danışıb

PKK/YPG bunu qəbul etmədi...

"Türkiyəni təhdid edən terror qruplaşmalarına Suriya ərazisində imkan verməyəcəyik"

Miqrantlar ABŞ-dan kütləvi şəkildə çıxarılır

Qeyri-qanuni immiqrantlar Hərbi Hava Qüvvələrinin təyyarələri ilə ölkədən çıxarılır

Atəşkəsdən sonra Əqsa məscidində qılınan ilk cümə namazı

Qəzzada atəşkəsdən sonra Şərqi Qüdsdəki Əqsa məscidində qılınan ilk cümə namazında 50 min müsəlman ibadət edib...

Səudiyyə Trampa cavab verdi

ABŞ prezidentinin bəyanatından sonra qiymətlər ucuzlaşmağa başlayıb...

ABŞ-ın gizli sənədləri ictimaiyyətə açıqlanacaq

ABŞ-ın yeni prezidentinin digər yeni sərəncamı da reaksiya yaradıb