Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Duysburq şəhərində naməlum şəxs Dəyanət İşləri Türk İslam Birliyinin (DİTİB) Mərkəzi məscidinin elektron ünvanına məktub göndərərək oraya bomba yerləşdirdiyini və günorta saatlarında partladacağını iddia edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, iddia ilə əlaqədar əraziyə xeyli sayda polis əməkdaşları cəlb olunub, məscid boşaldılıb və axtarış aparılıb. Əməliyyat nəticəsində məsciddə hər hansı partlayıcı maddə aşkarlanmayıb və məscid yenə ibadət üçün açılıb.
Eyni məzmunlu xəbərdarlıqlar Essen və Köln şəhərlərindəki DİTİB Mərkəzi məscidlərinə də göndərilib. Həmin məscidlərdə də polis tərəfindən axtarışlar aparılıb və bomba aşkar edilməyib.
Polis xəbərdarlıqlarla əlaqədar məscidlərdə mühafizə tədbirlərini davam etdirir.
Məscidlərdə cümə namazı zamanı hər hansı hadisə baş verməyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...