Filadelfiyada insanların ABŞ-dan deportasiya olunmaq qorxusu səbəbindən miqrantların yaşadığı küçələr boşalıb. SİA-nın məlumatına görə, ABŞ prezidenti Donald Trampın ölkə tarixindəki ən böyük deportasiya əməliyyatını elan etməsi ilə Filadelfiyada sənədsiz immiqrantlar gələcəkləri üçün qorxmağa başlayıblar.
Ərazinin bir vaxtlar səs-küylü küçələri indi boş görünür və yerli sakinlər daim qorxu içində yaşayırlar.
...Qorxu var. Beynindədir, həmişə səninlədir. Hətta çölə çıxıb kiminsə sənə baxdığını görəndə narahat olmağa başlayırsan. Onlar kimdir? Bəlkə mənim haqqımda məlumat verirlər?.
Bunu anonim mənbə bildirib.
Deyilənlərə görə, Filadelfiya uzun müddətdir ki, miqrantlar üçün təhlükəsiz yer olub, lakin yerli sakinlər deyirlər ki, hər şey dəyişib.
Milli Təhlükəsizlik Statistika İdarəsinin məlumatına görə, ümumilikdə ABŞ-da 11 milyona yaxın qeyri-qanuni immiqrant yaşayır.
Yerli hakimiyyət orqanları müəyyən müdafiə təmin etməyə davam etsə də, deportasiya qorxusu artır.
Əksəriyyəti öz ölkələrində təqib və zorakılıqdan qaçan yeni gələnlər indi həyatlarının hər an dəyişə biləcəyindən qorxaraq daimi narahatlıq içində yaşamağa məcburdurlar.
Əli Babayev
Ukrayna pilotsuz təyyarələrinin zərbəsindən sonra.
Kreml rəhbəri ABŞ prezidenti ilə münasibətindən danışıb
"Türkiyəni təhdid edən terror qruplaşmalarına Suriya ərazisində imkan verməyəcəyik"
Qeyri-qanuni immiqrantlar Hərbi Hava Qüvvələrinin təyyarələri ilə ölkədən çıxarılır
Qəzzada atəşkəsdən sonra Şərqi Qüdsdəki Əqsa məscidində qılınan ilk cümə namazında 50 min müsəlman ibadət edib...
ABŞ prezidentinin bəyanatından sonra qiymətlər ucuzlaşmağa başlayıb...
ABŞ-ın yeni prezidentinin digər yeni sərəncamı da reaksiya yaradıb