Çin Amerika lideri Donald Trampın təhdidləri səbəbindən ABŞ-da qeyri-qanuni olan vətəndaşlarını geri almağa razılaşıb. SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekinin Birləşmiş Ştatlarda yaşayan sənədsiz vətəndaşları geri alıb-almayacağı ilə bağlı sualı cavablandırarkən, "Çin vətəndaşlığı yoxlanıldıqdan sonra təsdiqlənən insanları qəbul edəcək"-deyə bildirib.
Diplomat həmçinin vurğulayıb ki, Çin qeyri-qanuni miqrasiyanın istənilən formasını pisləyir. ABŞ hər gün qeyri-qanuni miqrantları ölkədən çıxarmağı planlaşdırır
Bundan əvvəl Çinin xarici işlər naziri Van Yi və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...