Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" hədəfinə addım-addım yaxınlaşdıqlarını bildirib. Eyni zamanda Ədalət və İnkişaf Partiyasının (AKP) sədri də olan prezident Ərdoğan partiyasının Ankarada keçirilən Gənclik Qolları 7-ci adi konqresində çıxış edib.
SİA-nın məlumatına görə, 40 ildir Türkiyənin qanını zəli kimi soran terror bəlası ilə mübarizənin çoxşaxəli şəkildə davam etdiyini vurğulayan prezident deyib: "Bu ölkənin gənclərini bəzən zorla, bəzən isə aldadaraq dağa qaçıran terror baronları üçün yolun sonu görünüb. 'Terrorsuz Türkiyə' hədəfimizə addım-addım yaxınlaşırıq." O, gənclərin heç bir səbəbdən terrorun amansız dişləri arasında itib getməsinə imkan verməyəcəklərini də bildirib. Ərdoğan əlavə edib: "Ekspansionistlərin başımıza saldığı bu bəlanı dəf edəcək, 40 illik oyunlarını pozacaq, bu torpaqlarda min illik bacı-qardaşlarımızdan güc və ilham alaraq işıqlı sabahları birlikdə quracağıq."
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...