İtaliya Albaniyada inşa etdiyi miqrant qəbulu mərkəzinə 49 qeyri-qanuni mühacir göndərib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, miqrantlar İtaliya donanmasına məxsus "Cassiopea" adlı gəmi ilə Albaniyanın şimalındakı Şenqjin miqrant qəbulu mərkəzinə çatdırılıb. Burada mühacirlərin sığınacaq müraciətləri araşdırılacaq, tələblərə uyğun olanlar İtaliyaya daxil ola biləcək, qalanları isə ölkələrinə geri göndəriləcək. Miqrantların Banqladeş, Misir, Fil Dişi Sahili və Qambiya vətəndaşları olduğu bildirilib.
Qeyd edək ki, 2023-cü ildə İtaliya ilə Albaniya arasında imzalanan razılaşmaya əsasən, ölkənin şimalındakı Şenqjin və Qjader şəhərlərində iki miqrant qəbulu mərkəzi tikilib. Buraya İtaliya Sahil Mühafizə Xidməti, eləcə də polis tərəfindən göndərilən qeyri-qanuni mühacirlər yerləşdirilir. İtaliyanın maliyyə vəsaiti hesabına inşa edilən mərkəzlərə ayda maksimum üç min, il ərzində isə ümumilikdə 36 minədək miqrant müvəqqəti yerləşdiriləcək.
İtaliya beş il ərzində mərkəzlərə ümumilikdə 670 milyon avro vəsait ayıracaq. Mühacirlərin sığınacaq tələbləri üçün müddət 28 gündür. Burada Albaniya qanunları ilə yanaşı, İtaliya qanunları da tətbiq edilib.
Uzaq mənzilli pilotsuz təyyarə “Polad Qartal” adlanır.
O, Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup iclasında çıxış edib