Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universiteti yaradılacaq. SİA-nın məlumatına görə, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Beynəlxalq Türk Dövlətləri Universitetinin yaradılması haqqında fərman imzalayıb. Universitet mühəndislik, tikinti, logistika, informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, iqtisadiyyat və sosial elmlər kimi sahələr üzrə beynəlxalq standartlara uyğun təhsil verəcək.
2025-2026-cı tədris ilində fəaliyyətə başlayacaq universitetin təhsil sistemi beynəlxalq reytinqlərdə ilk 1000 universitet arasında yer alan Türkiyənin ali təhsil müəssisələrinin tədris proqramları əsasında qurulacaq və Özbəkistan qanunlarına uyğun çalışacaq.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...