...Kiyevlə "yüz illik tərəfdaşlıq" müqaviləsi bağlayan Böyük Britaniya Ukraynada yeni müstəmləkə yaratmağa çalışır. SİA-nın məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının sədri Nikolay Patruşev deyib.
O, İngiltərənin əsrlər boyu dəniz quldurlarının köməyi ilə əraziləri necə zəbt etdiyini, qarət, soyğunçuluq və dinc əhaliyə qarşı zorakılığa göz yumduğunu xatırladıb.
Patruşev "Rossiyskaya qazeta"ya müsahibəsində deyib ki, "Kiyev və London arasında "yüzillik tərəfdaşlıq" haqqında sazişin bu yaxınlarda bağlanması ilə İngiltərə, mahiyyət etibarilə, uğursuz Ukrayna ərazisində özünün yeni müstəmləkəsini yaratmağa çalışır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Britaniya və Ukrayna arasında bağlanmış sazişi etibarsız hesab edib.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...