...Rusiyanın Su-57 Felon gizli qırıcısı ixracat gözləntilərini doğrulda bilmir. Qərbin sanksiyaları nəinki Rusiyanın əhəmiyyətli miqdarda təyyarə istehsal etməsinə mane olur, hətta ilk potensial alıcı Çinin də Su-57-yə ehtiyacı yoxdur..?
SİA-nın məlumatına görə, bunu "19fortyfive.com" saytında keçmiş müdafiə və xarici siyasət məsləhətçisi və ABŞ ordusunun keçmiş piyada zabiti Brent M. İstvud məqaləsində yazıb.
Müəllif qeyd edib ki, Su-57-nin ixrac uğuru kimi gələcəyi, xüsusən də potensial alıcıların belə mürəkkəb təyyarəyə xidmət göstərərkən qarşılaşdıqları çətinlikləri nəzərə alsaq, qeyri-müəyyən olaraq qalır.
Çin hələ Su-57 üçün ixrac tərəfdaşı deyil və bu qırıcını heç vaxt ala bilməz. Çinlilərin artıq "Felon"a bənzər J-20 adlı gizli qırıcısı var.
İstvud xatırladır ki, Moskva keçən payızda iki "Felon" prototipini Çjuxai aviaşousu üçün Çinə göndərmişdi. Nəticədə, çinlilər "Su-57-yə burunlarını dikdilər" və bildirildilər ki, "təyyarəni onların keyfiyyətsiz quruluşuna və vəziyyətinə görə lağa qoyurlar".
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...