Ankara Sənaye Palatasının (ASO) yanvar ayı üzrə iclası keçirilib
Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün ötən il müdafiə sənayesi ixracatının 7,1 milyard dollara çatdığını bildirib. SİA-nın məlumatına görə, Ankara Sənaye Palatasının (ASO) yanvar ayı üzrə iclası Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün, ASO sədri Seyit Ardıç və sektor nümayəndələrinin iştirakı ilə keçirilib.
Müdafiə sənayesi rəhbəri burada çıxış edərək sektorda son dövrdə baş verən yeniliklərə diqqət çəkib. O, yerli və milli imkanlarla istehsal olunan platformaların dünya miqyasında tez-tez müzakirə edildiyini və "yenilik gətirən" olaraq xarakterizə edildiyini vurğulayıb. İxracatın ötən il 29 faiz artdığı barədə məlumat verən Görgün "2024-cü il ixracatımız 7,1 milyard dollara çatdı. Ankarada fəaliyyət göstərən şirkətlərimiz həmin ilin ixracatına 3,2 milyard dollarlıq töhfə verərək paytaxtımızın ən yüksək göstəriciyə sahib olan şəhər statusunu qazanmasını təmin etdi. Hazırda dünyada müdafiə sənayesi ixracatı həyata keçirən ölkələr arasında Türkiyə 11-ci yerdədir. Bu, mühüm bir nailiyyətdir" deyə bildirib.
Uzaq mənzilli pilotsuz təyyarə “Polad Qartal” adlanır.
O, Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup iclasında çıxış edib