Ötən gecə Sankt-Peterburqda "Kia Rio" markalı avtomobilin törətdiyi qəza ölümə səbəb olub və nəticədə iki nəfər ölüb. SİA rus saytlarına istinadən xəbər verir ki, polis faciənin təfərrüatlarını açıqlayıb.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, insan tələfatı ilə nəticələnən qəza saat 02:35-də Lesnoy prospektindəki 1 nömrəli evin yaxınlığında baş verib. 19 yaşlı sürücü sola dönərkən idarəetməni itirib və bordürə dəyərək evin divarına çırpılıb.
Zərbənin təsirindən avtomobildə olan iki sərnişin hadisə yerində dünyasını dəyişib. Sürücü də daxil olmaqla daha iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polis həddindən artıq sürətin ölümlə nəticələnən qəzaya səbəb olduğunu müəyyən edib.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci hissəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi açılıb.
Bundan əvvəl bildirilmişdi ki, son 12 ayda Sankt-Peterburqda təxminən 3,6 min yol qəzası qeydə alınıb.
Nazlı Almuradova
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...