İsrail 48 saat ərzində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini tamamilə qadağan edəcək və onunla bütün əlaqəni kəsəcək. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi David Mentzer məlumat verib.
...48 saat ərzində UNRWA-nın fəaliyyəti İsraildə tamamilə qadağan ediləcək, ofislər, əlaqə və əməliyyatlar olmayacaq. Agentlik milli təhlükəsizliyimizə təhlükə yaradır.
Siz suveren dövlətdən öz opponentlərini maliyyələşdirən bir qurumun öz ərazisində fəaliyyət göstərməsinə icazə verməsini tələb edə bilməzsiniz, - deyə İsrail Nazirlər Kabinetinin sözçüsü bildirib.
Mentzerin sözlərinə görə, UNRWA fələstinlilərə kömək etmir, "terrorizmi birbaşa maliyyələşdirir".
Yanvarın 25-də İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib ki, İsrail hakimiyyəti UNRWA-ya yanvarın 30-dək Qüdsü tərk etməyi əmr edib.
Agentliyin fəaliyyətini qadağan edən qanun 2024-cü ilin oktyabrında İsrail parlamenti tərəfindən səs çoxluğu ilə qəbul edilib.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...