Suriyanın Azəz rayonunda vətəndaş müharibəsindən zərər çəkmiş 10 minə yaxın insanın məskunlaşacağı İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Fondu və Qətər Xeyriyyə Təşkilatı ilə birgə inşa edilən "Ümid şəhəri"nin açılışı olub. SİA xəbər verir ki, Azəz rayonu ərazilərində "Ümid şəhəri"nin açılışı ilə bağlı tədbir keçirilib.
Burada çıxış edən daxili işlər nazirinin müavini Münir Karaoğlu layihədə əməyi keçənlərə təşəkkür edərək deyib:
"Suriya coğrafiyasında sığınacaqdan humanitar yardıma, təhsildən səhiyyəyə qədər bir çox sahədə yardım edirik. Bu gün istifadəyə verdiyimiz "Ümid şəhəri" layihəsi fəaliyyətimizin ən konkret nümunəsidir. "Ümid şəhəri" layihəsi çərçivəsində 280 hektar ərazidə 9 məhəllə salınıb".
Qeyd edək ki, təxminən 10 min insanın yaşayacağı "Ümid şəhəri"nə 1400 yaşayış evi, 4 məktəb, məscid, xalq təhsili mərkəzi, idman kompleksi, klinika, çoxməqsədli konfrans zalı, inzibati bina, polis mərkəzi və 50 dükanın yerləşdiyi bazar yeri daxildir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...