Əhməd Şaraa keçid dövrünün prezidenti seçildikdən sonra dünən xalqa ilk müraciətini edib
"Bəyan edirəm ki, keçid dövründə qanunvericilik səlahiyyətlərini öz üzərinə götürəcək müvəqqəti məclis yaratmaq üçün hazırlıq komitəsi yaradacağam".
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Əhməd Şaraa keçid dövrünün prezidenti seçildikdən sonra dünən xalqa ilk müraciətində deyib.
Şaraa müraciətinə Suriya xalqını salamlayaraq, "54 gündür ki, Suriya on illərdir üzərimizdə olan zalım bir rejimin qandallarından azad edilib. Dünyanın ən zalım idarə formalarından biri başa çatdı. Suriya əvvəl Allahın lütfü ilə, daha sonra daxildə və xaricdə mübarizə aparan hər kəsin sayəsində azad hala gəldi.
Suriyalılarla birlikdə ölkə tarixində yeni bir səhifə açdıq. Dünən siyasi prosesin irəliləməsini təmin etmək üçün hüquq mütəxəssisləri ilə geniş məsləhətləşmələrdən sonra ölkənin məsuliyyətini üzərimə götürdüm. Bu gün mən Sizə bir hökmdar kimi yox, yaralı vətənimizə xidmət edən biri kimi bütün gücümlə, iradəmlə "məmləkətin birliyini, inkişafını təmin etmək üçün çalışacağam.
Suriyanın müxtəlifliyini əks etdirən hərtərəfli keçid hökuməti formalaşdırmaq üçün səy göstərəcəyik. Bu, bir keçid dövrüdür; bu, ölkə daxilində və xaricində bütün suriyalıların öz gələcəklərini sərbəst, ləyaqətlə quracaqları siyasi prosesin bir hissəsidir. Qadınlar, kişilər və gənclərlə birlikdə, "Suriyanın müxtəlifliyini əks etdirən hərtərəfli keçid hökuməti yaratmaq üçün çalışacağıq. Bu hökumət azad və ədalətli seçki mərhələsinə çatanadək yeni Suriyanın qurumlarını qurmaq vəzifəsini öz üzərinə götürəcək" deyib.
Suriyanın keçid dövrü prezidenti Şaraa dünən parlamentin buraxılması qərarından sonra atılacaq addımlarla bağlı açıqlama verib.
"Bəyan edirəm ki, keçid dövründə qanunvericilik səlahiyyətlərini öz üzərinə götürəcək müvəqqəti assambleyanın yaradılması üçün hazırlıq komitəsi yaradacağam. Milli Dialoq Konfransına hazırlıq komitəsi yaxın günlərdə elan olunacaq. Bu konfrans birbaşa danışıqlar üçün platforma olacaq. Bu addımlar tamamlandıqdan sonra keçid dövrünün hüquqi əsaslarını təşkil edəcək konstitusiyal bəyannaməni elan edəcəyik", -deyə Şaraa qeyd edib.
Suriyanın prioritetlərini sadalayan Şaraa prioritetlərin sosial sülhün təmin edilməsi, Suriya xalqına qarşı cinayət törədənlərin ədalət qarşısında cavablandırılması, ərazi bütövlüyünün qorunması, şəffaf və ədalətli dövlət qurumlarının qurulması, güclü iqtisadiyyatın yaradılması və həyat şəraitinin yaxşılaşdırılması olacağını vurğulayıb.
Əhməd Şaraa həmçinin bildirib ki, istər daxildə, istərsə də xaricdə Suriya xalqına qarşı cinayət törədənlər mühakimə olunacaq.
Suriyanın güclü bir regional və beynəlxalq aktyor olması üçün çalışacaqlarını deyən Şaraa güclü bir iqtisadiyyat qurmağı hədəflədiklərini söyləyib.
Əhməd Şaraa keçid dövrünün prezidenti seçildikdən sonra dünən xalqa ilk müraciətini edib
Deyilənə görə, Peskova ABŞ prezidenti qarşısında haqq qazandırmaq tapşırılıb..?
Almaniya Bundestaqı Bundesverin Litvadakı missiyası haqqında qanunu təsdiqləyib...