PDF Oxu

Dünya

  • 887

“Bütün terror təşkilatlarını məhv edənə qədər dayanmayacağıq”

image

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Təhlükəsizliyimiz üçün böyük əhəmiyyət daşıyan cənubdakı hadisələri diqqətlə izləyir və öz addımlarımızı planlaşdırırıq." SİA-nın məlumatına görə, o, bu sözləri partiyasının Antalya İdman Salonunda keçirilən 8-ci Konqresində çıxışı zamanı söyləyib.

"Sərhədlərimiz boyunca yaratmaq istədiyimiz təhlükəsizlik xəttini tamamlayana və bütün terror təşkilatlarını məhv edənə qədər dayanmayacağıq"– deyə prezident vurğulayıb.

Prezident həmçinin Türkiyə Statistika Qurumunun (TÜİK) bu gün açıqladığı 2024-cü ilin dördüncü rübü və ümumi turizm göstəricilərinə də toxunub. Rəcəb Tayyib Ərdoğan deyib ki, "Bu səhər TÜİK 2024-cü ilin turizm göstəricilərini açıqladı. Rəqəmlərə görə, gözlədiyimizdən daha yaxşı nəticələr əldə etdik. Ötən il ölkəmizə 62,3 milyon turist gəlib, turizm gəlirlərimiz isə 61,1 milyard dollar olub. Bölgəmizdə və dünyada baş verən böhranlara və qeyri-müəyyənliklərə baxmayaraq, bu nəticəni əldə etdik. İnşallah, gələcəkdə daha yaxşı nəticələrə nail olacağıq."

Digər xəbərlər