Yanvarın 31-nə keçən gecə naməlum şəxslər Tallinndə "Slava Ukrainy" restoranını yandırıblar. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə "Baltnews" xəbər verir.
Polis və Sərhəd Mühafizə İdarəsindən Estoniya KİV-nə bildiriblər ki, binanın pəncərəsi sındırılıb və içərisi yandırılıb. Hazırda şəhər xidmətləri dəymiş ziyanı qiymətləndirir. Bundan əvvəl Estoniya Rusiya ilə yol hərəkəti təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişdən çıxmaq qərarına gəlib.
Bu müqaviləni 1993-cü ildə keçmiş SSRİ-nin 12 ölkəsi, o cümlədən Rusiya, Ukrayna və Gürcüstan bağlayıb.
Bundan əvvəl Estoniya Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin Leninqrad vilayətinə hücumunu şərh edib.
Estoniya Müdafiə Liqasının pilotsuz təyyarə bölməsinin koordinatoru Aivar Hanniotti qeyd edib ki, pilotsuz təyyarələr böyük şəhərləri və hava hücumundan müdafiə zonalarını yan keçən marşrutdan istifadə ediblər.
Nazlı Almuradova
Əhməd Şaraa keçid dövrünün prezidenti seçildikdən sonra dünən xalqa ilk müraciətini edib
Deyilənə görə, Peskova ABŞ prezidenti qarşısında haqq qazandırmaq tapşırılıb..?
Almaniya Bundestaqı Bundesverin Litvadakı missiyası haqqında qanunu təsdiqləyib...