Çinin Taihang Milli Laboratoriyasının Aerokosmik Mühərrik Tədqiqat Mərkəzinin mütəxəssisləri süni intellekt texnologiyası ilə təchiz edilmiş "Mach 4" mühərrikinin yerüstü sınaqlarını uğurla başa çatdırıblar. SİA xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Nəşrin məlumatına görə, adı açıqlanmayan mühərrik hərbi məhsul üçün "təchizat zəncirinin 100% lokallaşdırılması" tələblərinə cavab verir. Taihang Milli Laboratoriyası Çinin J-20 döyüş təyyarələrini gücləndirən "Taihang" seriyalı təyyarə mühərrikləri üzərində işi ilə tanınır.
Bu sınaqların elanı Çinin uçuş sürəti səs sürətindən dörd dəfə yüksək olan hərbi təyyarə üzərində işlədiyinin ilk rəsmi təsdiqi idi. Qəzet izah edir ki, layihənin məqsədi Amerikanın "SR-71 Blackbird"dən daha sürətli və təkmil olacaq bir təyyarə yaratmaqdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...