Ermənistanda Zəngəzur mis-molibden kombinatının işçiləri artıq ikinci gündür ki, əməkhaqqının 50 % artırılması tələbi ilə aksiya keçirirlər. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Ermənistanın mədənçilər, metallurqlar və zərgərlərin həmkarlar ittifaqları respublika birliyinin sədri Eduard Paxlevanyan müəssisəyə gələrək bildirib ki, işçilər kombinatın rəhbərliyinə öz tələbləri barədə məlumat verməyib və tətil edəcəkləri ilə bağlı xəbərdarlıq etməyiblər.
"İndi biz bu işçilərin şirkət rəhbərliyi ilə görüşünü təşkil etmək istəyirik. Əgər rəhbərlər imtina etsə, biz işçilərə tətilin qanuni sayılması üçün hansı tələblərin yerinə yetirilməli olduğunu izah edəcəyik", - o əlavə edib.
Sədrin sözlərinə görə, təxminən 200 nəfər işə çıxmayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...