"Gürcüstanda radikalizm və faşizm sona çatacaq. Çünki radikalizmi və faşizmi maliyyələşdirən, bu ideologiyanı təşviq edən qüvvələr tədricən özləri tarixdən silinib gedəcəklər". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tbilisi şəhərinin meri, hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının baş katibi Kaxa Kaladze söyləyib.
Onun sözlərinə görə, USAID kimi konkret təşkilatlar var idi ki, ölkədə qütbləşməni, radikalizmi, ekstremist təşkilatları, qarşıdurmaları və inqilabi qurğuları maliyyələşdirirdilər.
"Bu günlərdə yenə məlumat yayıldı ki, 2024-cü il parlament seçkiləri üçün Gürcüstanda 24 milyon dollar xərclənib. Bu pul nəyə və kimə xərclənib açıqlayan yoxdur. Biz görürük ki, ölkədə nələr baş verir, hər gün hansı vəziyyətlə üzləşirik. Bütün bunlar sona çatacaq. Radikalizm və faşizm sona çatacaq. Bunun təşviqi xaricdən edilirdi və kifayət qədər geniş maliyyələşdirilirdi. Artıq onların da sonu çatıb",- deyə Kaxa Kaladze əlavə edib.
Helsinki “hibrid müharibə” səbəbindən nəyin dəyişdiyini izah edib...
Kreml səfərbərlik planlarını təkzib edir...
Macarıstan Rusiyadan enerji asılılığını kəskin şəkildə azaltmağa hazırdır...
Kreml daha 300.000 rusu müharibəyə göndərməyə hazırdır...
Estoniya, Latviya və Litva NATO-nun vahid cavabını gözləmək niyyətində deyil...
Peskovun səfərbərliyi: Kremlin mətbuat katibi quru və qısa danışıb...