Türkiyə İsveçdə məktəblərdən birinə edilən hücumda həyatını itirənlərin ailələrinə və İsveç xalqına başsağlığı verib.SİA-nın məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi İsveçdəki hücumla bağlı bəyanat verib.
Bəyanatda fevralın 4-də məktəblərdən birinə edilən hücumla bağlı dərin kədər ifadə edilib, həyatını itirənlərin ailələrinə və İsveç xalqına başsağlığı verilib, yaralılara şəfa dilənib.
Qeyd edək ki, İsveç polisi Örebro şəhərində baş verən atışmada 10-a yaxın adamın öldüyünü bildirib.
Açıqlamada yaralıların ümumi sayının bilinmədiyi, ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsinin davam etdiyi və ölənlər arasında hücumu təşkil edən şəxsin də olduğu bildirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...