ABŞ prezidenti Donald Tramp ölkəsinin Qəzza zolağı üzərində idarəçiliyi üzərinə götürmək niyyətində olduğunu açıqlayıb. Bu barədə o, Vaşinqtonda səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz bu ərazidə idarəçiliyi üzərimizə götürəcəyik və oradakı təhlükəli, partlamamış bomba və digər silahların zərərsizləşdirilməsinə görə məsuliyyət daşıyacağıq".
SİA-nın məlumatına görə, bunu Tramp bildirib.
O əlavə edib ki, ABŞ dağıdılmış binaları bərpa edəcək, ərazidəki insanlar üçün saysız iş yerləri və yaşayış məkanı yaradacaq iqtisadi inkişafı təmin edəcək.
Qeyd edək ki, bu gün Tramp fələstinliləri rahat ola biləcəkləri və güllələnməyəcəkləri evlərə köçməklə Qəzzanı tərk etməyə çağırıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...