PDF Oxu

Dünya

  • 888

Prezident kokainin viskidən elə də pis olmadığını deyib

image

Necə deyərlər, "zər qədrin zərgər bilər". Deməli, bu günlərdə Kolumbiya prezidenti Qustavo Petro nazirlər şurasının ölkədə yayımlanan iclasında kokainin viskidən elə də pis olmadığını deyib. SİA-nın məlumatına görə, dövlət başçısının bu mövqeyi artıq ölkənin müxtəlif siyasi sektorlarında, xüsusən də hökumətin narkotiklərlə mübarizəsi ilə bağlı şərhlər dalğasına səbəb olub, çünki maraqlısı odur ki, Petro administrasiyasının siyasəti iri narkotik alverçilərinin qeyri-qanuni iqtisadiyyatına qarşı mübarizəyə yönəlib.

Amma, o, qəribə tezisi ilə şok yaradıb:

…Dünyada kokain qanuniləşdirilsəydi, bu biznesi asanlıqla ləğv etmək olardı. Şərab kimi satılacaqdı. Pul bu gün olduğu kimi uşaqların şərab, spirtli içki və ya siqaret çəkməsinin qarşısını almağa yönəldiləcək. Kolumbiyada biz az-çox buna nail olduq.

Petro deyib bunu.

…İndi siqaretdən də pis olan vaperlər qanuni olduqları üçün ələ keçirlər. Beləliklə, kokain də Latın Amerikasında istehsal edildiyi üçün qadağandır. Həm də ona görə yox ki, o, viskidən də pisdir. Alimlər belə təhlil edirlər. Kokain viskidən pis deyil. ABŞ-ın əldə etdiyi şey, yəni fentanil onları öldürür. Amma Kolumbiyada bunu etmirlər. Amma bu var və ona qarşı ciddi siyasət aparılmır.

deyə o, təkid edib.

Bunu da Petro deyib.

Əli Babayev

Digər xəbərlər