PDF Oxu

Dünya

  • 2 739

Konqoda üsyançılar Nyabibve şəhərini ələ keçiriblər

image

Ruanda ordusunun dəstəklədiyi "23 Mart Hərəkatı”nın (M23) üsyançıları Cənubi Kivu əyalətinin paytaxtı Bukavu şəhərinin strateji əhəmiyyətli hava limanına yaxınlaşaraq Konqo Demokratik Respublikasının şərqindəki Nyabibve şəhərini ələ keçirib. SİA xəbər verir ki, bu barədə "Actualite” portalı məlumat yayıb. "Nyabibve şəhəri "M23”ün bölmələri ilə Konqo hökumət qoşunları arasında şiddətli döyüşlərdən sonra süqut etdi", - portal bölgədə fəaliyyət göstərən humanitar təşkilatlardan birinin məlumatlarına istinad edib. "Hər şey üsyançıların hücumu davam etdirmək niyyətində olduqlarını göstərir", - "Actualite” vurğulayıb. Nyabibveyə hücum səhər tezdən başlayıb və günortaya yaxın üsyançılar şəhərin mərkəzinə daxil olublar. Qruplaşmanın bir gün əvvəl elan etdiyi atəşkəsə baxmayaraq döyüşlər davam edib. Nyabibvenin tutulması BMT-nin Konqodakı sabitləşdirmə missiyası ilə bağlı narahatlıqları artırıb, çünki üsyançılar humanitar və digər təchizatların daşınması üçün əsas kanal olan strateji hava limanına doğru irəliləməyə davam edir. Hava limanı Kavumu yaşayış məntəqəsində yerləşir və onun ərazisində BMT-nin sülhməramlı bölmələri yerləşdirilib.

Digər xəbərlər

“Putinin psixiatra ehtiyacı var”..?

Amma imperiyanın hökmdarı üçün bu, mümkün deyil...

Ukrayna dronlarına qarşı müdafiə Rusiya bizneslərinə həvalə edilib

Şirkətlər Ukrayna hərbi hücumlarından qorunmaq üçün öz hava hücumundan müdafiə sistemlərini icarəyə götürməyə məcburdurlar...

Təbliğat Si-yə qarşı əks-təsir göstərə bilər

Pekin qədim ənənələri Partiyanın xidmətinə qoymağa çalışır...

Biz təslim olmayacağıq...

Ukrayna mülki vətəndaşlarına müraciət...

Nyu-York meri antisemitizmlə mübarizə planını açıqlayıb

Merin sözlərinə görə, təşəbbüsün əsas məqsədi “indi və gələcəkdə antisemitizm bəlası ilə mübarizə aparmaqdır”...

Putin Brejnevin səhvini təkrarlayır

Rusiya SSRİ-nin dağılması yolundadır...

NYT: Ukrayna dəniz dronları “mini-təyyarə daşıyıcılarına” çevrilib...

Yeni döyüş platformaları dənizdə müharibə qaydalarını dəyişdirir...