PDF Oxu

Dünya

  • 2 980

Daşqın və torpaq sürüşməsi 7 nəfərin həyatına son qoyub

Braziliyanın şimal-şərqində leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 7 nəfər həyatını itirib

image

Braziliyanın şimal-şərqində leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 7 nəfər həyatını itirib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Mülki Müdafiə İdarəsindən verilən məlumata görə, ölkənin şimal-şərqindəki Pernambuko əyalətinin Resife şəhərində leysan yağışları daşqın və torpaq sürüşmələrinə səbəb olub. İlkin məlumatlara əsasən, Resifedə 7 nəfər həyatını itirib.

Resife valisi Coao Kampos CNN Brazil telekanalına verdiyi açıqlamada şəhərin bir neçə yerində məktəblərin fəaliyyətinin dayandırıldığını, 90 ailənin isə riskli ərazilərdən təxliyə edildiyini bildirib. Kampos fevral ayının ən güclü yağışı ilə mübarizə apardıqlarını və yüksək hazırlıq vəziyyətində olduqlarını qeyd edib.

Milli Meteorologiya İnstitutu (Inmet) və Pernambuco Su və İqlim Agentliyi (Apac) yağışların bir müddət davam edəcəyini bildirərək, əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib.

Digər xəbərlər

“Putinin psixiatra ehtiyacı var”..?

Amma imperiyanın hökmdarı üçün bu, mümkün deyil...

Ukrayna dronlarına qarşı müdafiə Rusiya bizneslərinə həvalə edilib

Şirkətlər Ukrayna hərbi hücumlarından qorunmaq üçün öz hava hücumundan müdafiə sistemlərini icarəyə götürməyə məcburdurlar...

Təbliğat Si-yə qarşı əks-təsir göstərə bilər

Pekin qədim ənənələri Partiyanın xidmətinə qoymağa çalışır...

Biz təslim olmayacağıq...

Ukrayna mülki vətəndaşlarına müraciət...

Nyu-York meri antisemitizmlə mübarizə planını açıqlayıb

Merin sözlərinə görə, təşəbbüsün əsas məqsədi “indi və gələcəkdə antisemitizm bəlası ilə mübarizə aparmaqdır”...

Putin Brejnevin səhvini təkrarlayır

Rusiya SSRİ-nin dağılması yolundadır...

NYT: Ukrayna dəniz dronları “mini-təyyarə daşıyıcılarına” çevrilib...

Yeni döyüş platformaları dənizdə müharibə qaydalarını dəyişdirir...