2024-cü ildə ABŞ-ın ticarət kəsiri 920 milyard dollara çatıb. Bu da illik əsasda 17 faiz artım deməkdir. SİA xəbər verir ki, Ticarət Departamentinin statistikası dekabrda xarici ticarət üzrə mənfi saldo daha da dərinləşdiyini göstərir. Buna səbəb neft məhsullarının satışının azalması və aviasiya sənayesində 2 ayadək davam edən tətildir. Ölkənin ən böyük ticarət partnyoru yenə də Çin olaraq qalır. Bu ölkə ilə ticarətin illik həcmi 8 faiz artaraq 300 milyard dollara çatıb. Digər 2 əsas partnyor isə Avropa İttifaqı və Meksikadır. Ekspertlərin qənaətinə görə, Tramp əlavə rüsumlar tətbiq etməklə mənfi saldonu azaltmağı planlaşdırır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...