Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vladimir Putin və Donald Tramp arasında mümkün danışığın baş tutması ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edir. SİA xəbər verir ki, Peskovun "İzvestiya" qəzetindəki şərhinə görə, Vaşinqtonda yeni administrasiyanın fəaliyyəti fonunda müxtəlif kanallar vasitəsilə aparılan çoxsaylı əlaqələr qurulur. "Bu çoxsaylı əlaqələr fonunda şəxsən mən nəyisə bilməyə, məlumatlı olmaya bilərəm. Buna görə də mövcud vəziyyətdə mən nə təsdiq, nə də təkzib edə bilərəm", - deyə o söyləyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "New York Post" nəşrinə müsahibəsində Vladimir Putinlə aralarında telefon danışığının baş tutduğunu bildirib. Onun sözlərinə görə, Ukraynadakı vəziyyəti və münaqişənin həlli yollarını müzakirə ediblər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...