İran hərbi qüvvələri, lazım gəldikdə Hörmüz boğazını bağlamağa hazır olduqlarını bəyan ediblər. SİA xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri Bəndər-Abbasda jurnalistlərə açıqlamasında bildirib.Tanqsiri, “Hərbi güc tətbiq edərək Hörmüz boğazını bağlaya bilərik. Lakin biz özümüz boğazdan istifadə etdiyimiz müddətdə bunu etməyəcəyik”, – deyib.Komandan, ABŞ-ın İran neftinin ixracını dayandırma məqsədinə nail olamayacağını vurğulayıb və Tehranın əsas məqsədinin regional sabitliyi qorumaq və İran nefti və qazının təhlükəsiz ixracını təmin etmək olduğunu bildirib.Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı maksimum təzyiq siyasətini bərpa etməyə qərar vermişdi. Tramp daha sonra İranla silahlı qarşıdurmaya girməyəcəyini və Tehranla nüvə probleminə dair yeni saziş bağlamaq istədiyini açıqlamışdı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...