İspaniya Qəzzaya 12 tonluq humanitar yardım göndərmək üçün tibbi və sığınacaq ləvazimatlarını İordaniyaya yollayıb. SİA-nın məlumatına görə, İspaniyanın Xarici işlər naziri Xose Manuel Albarez bu yardımların 600 ailəyə, yəni ümumilikdə 3 min nəfərə çatacağını bildirib. Albarez, Qəzzadakı humanitar vəziyyəti yüngülləşdirmək və fələstinlilərin ehtiyaclarını qarşılamaq məqsədilə yardım göndərməyə davam edəcəklərini vurğulayıb.
Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək planına etiraz edərək buranın fələstinlilərin torpağı olduğunu bildirib.
Trampın Avropa İttifaqına (Aİ) polad və alüminiuma əlavə gömrük rüsumu tətbiq etməklə bağlı açıqlamalarını da dəyərləndirən Albarez Aİ-nin hər cür ehtimala qarşı hazırlıqlı olduğunu qeyd edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...