Qvatemalada avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Emisoras Unidas” radiostansiyası məlumat yayıb.Məlumata görə, ölənlərdən 36-sı kişi, 15-i isə qadındır.Ölənlərin sayının artacağı gözlənilir. Hadisə yerində xilasetmə qrupları işləyir.Bildirilib ki, qəzaya avtobusun əyləc sisteminin nasazlığı səbəb olduğu ehtimal edilir.