PDF Oxu

Dünya

  • 1 030

İngilislər qeyri-qanuni miqrantların deportasiyasını sürətləndirir

Britaniya hökuməti miqrantların deportasiyası üçün 392 milyon funt sterlinq ayırır

image

Böyük Britaniya hökuməti qeyri-qanuni miqrantların deportasiyasını sürətləndirmək məqsədilə 392 milyon funt sterlinq məbləğində vəsait ayırmağı planlaşdırır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu prosesə Daxili İşlər Nazirliyi nəzarət edəcək və hökumət 179 milyon funt sterlinqdən 392 milyon funt sterlinqə qədər vəsaitin xərclənməsini nəzərdə tutan 7 illik genişmiqyaslı müqavilə bağlamağı planlaşdırır.

Bu müqaviləyə deportasiya edilən şəxslərin planlı uçuşlarla geri göndərilməsi, hökumət və aviaşirkətlər arasında əlaqələrin qurulması və bəzi hallarda Daxili İşlər Nazirliyi əməkdaşları üçün müvəqqəti yaşayış yerlərinin təmin edilməsi kimi xidmətlər daxildir. Bu addım, Leyboristlər Partiyasının miqrasiya siyasətini sərtləşdirmək üçün göstərdiyi səylərin bir hissəsi olaraq qiymətləndirilir. Hökumət həmçinin miqrasiya reydlərinin videoya çəkilməsi və deportasiya görüntülərinin ictimaiyyətə təqdim edilməsi kimi planlar üzərində işləyir. Lakin bu siyasət siyasi və ictimai dairələrdə ciddi müzakirələrə səbəb olub.

Digər xəbərlər