PDF Oxu

Dünya

  • 2 824

"Yeni hökumət Suriya xalqının bütün təbəqələrini təmsil edəcək"

image

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani bildirib ki, mart ayında qurulacaq yeni hökumət Suriya xalqının bütün təbəqələrini təmsil edəcək. SİA xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, nazir Şeybani Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən 2025 XII Dünya Hökumətlər Sammitində iştirak edib.

Sammit çərçivəsində Küveytin "Əl-Qabas" qəzetinə verdiyi müsahibədə Şeybani çökmüş bir iqtisadi sistemi miras aldıqlarını və rejimin dağılmasından sonra Suriyaya tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Dövlətin və ordunun yenidən qurulması üçün zamana ehtiyac olduğunu bildirən Şeybani mart ayında qurulacaq yeni hökumətin Suriya xalqının bütün təbəqələrini təmsil edəcəyini bildirib.

İordaniya ilə əlaqələrin yaxşı olduğunu qeyd edən Şeybani yaxın zamanda İraqın paytaxtı Bağdada səfər etmək üçün rəsmi dəvət aldığını deyib.

Bu il keçirilən XII Dünya Hökumət Sammitində 140 hökumətdən nümayəndə heyətləri, qlobal texnologiya şirkətlərinin yüksək vəzifəli şəxsləri, təxminən 30 ölkənin dövlət başçıları və liderləri, 400 nazir iştirak edir.

Digər xəbərlər

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Abidə həqiqətən də hərbi bir qurğuya çevriləcək...

Bunu bilmək təhlükəli illüziyaları dağıdır

Portnikov Putinin Ukrayna müharibəsi üçün əsl məqsədlərini açıqladı...

NI: Rusiya Hərbi Dəniz Qüvvələrinin sirləri Ukraynanın əlinə keçib

Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...

Putin öz bunkerinə göz dikəcək

Və xalq hər şeylə razılaşacaq...

“Ukraynalı əsirləri Kim Çen Ina təhvil versək necə olar?”

Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?

Putinin yeni eskalasiya planı...

Saxtakar parlament seçkiləri müharibənin davam etməsi üçün bəhanə yaradır...

Rusiya afrikalıları müharibəyə cəlb etməyin yeni bir yolunu tapdı...

Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...

Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib

ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...

Putin Səddam Hüseyn və Xomeynini üstələdi..?

Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...