ABŞ Hökumətin Effektivliyi Departamentinin rəhbəri, milyarder İlon Mask NATO-nu yenidən qurmağa çağırıb. SİA xəbər verir ki, bu barədə İlon Mask sosial şəbəkədə paylaşım edib.
"NATO-nu yenidən tamamilə formalaşdırmağa ehtiyac var", - deyə o, rəhbəri olduğu X şəbəkəsində Yuta ştatından olan senator Mayk Linin paylaşımını şərh edərkən bəyan edib. Qeyd edək ki, senator "soyuq müharibə başa çatandan" sonra NATO-nu anaxronizmə çevrilmiş alyans adlandırıb.
Ötən ilin mart ayında Mask sərmayəçi Devid Daksın NATO-nun nüfuzunu itirdiyi və ləğv olunmağa ehtiyac olduğu ilə bağlı fikrini bəyənmişdi.
"Doğrudur. Həmişə NATO-nun mövcud olmasına təəccüblənmişəm, bir halda ki, onun rəqibi və mövcud olma səbəbi olan Varşava paktı ləğv olunub" – deyə Mask X sosial şəbəkəsində qeyd edib. Onun bu bəyanatı bir çoxları tərəfindən tənqid olunub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...