Şimali Koreya Koreya müharibəsi nəticəsində ayrılmış ailələri bir araya gətirmək üçün yaradılan Kumqanq Dağı Görüş Mərkəzini dağıtmağa başlayıb. Cənubi Koreya bu addımı pisləyərək, onu "qeyri-insani" adlandırıb və dərhal dayandırılmasını tələb edib. 1988-ci ildən bəri 133,600-dən çox Cənubi Koreyalı mərkəzdə qeydiyyatdan keçsə də, yalnız kiçik bir hissəsi yenidən ailәsinә qovuşub. Rəsmi məlumatlara əsasən bu ailələrdən təxminən 36 min insan hələ də sağdır.
SİA xatırladır ki, iki dövlət arasında sonuncu rəsmi görüş 2018-ci ildə baş tutub. Rəsmi Pxenyan indi Seulu "düşmən dövlət" hesab edir.
Boris Pistorius sabit, davamlı və ədalətli sülhün qurulmasının ən önəmli faktor olduğunu vurğulayıb