Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Ukraynanın Çernobil Atom Elektrik Stansiyasına dron hücumu edildiyini açıqlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, BAEA-nın "X" hesabında yayılan açıqlamaya görə, gecə saatlarında təhlükəsizlik kapsulunun damında partlayış baş verib. Ukraynalı rəsmilər agentliyin Çernobildəki müfəttişlərinə verdikləri məlumatda qoruyucu kapsula dronun tuş gəldiyini və bunun yanğına səbəb olduğunu bildiriblər. Partlayışdan sonra yanğınsöndürənlərin dərhal müdaxilə etdiyi, hücumun qoruyucu kapsulun daxili hissəsinə zərər vermədiyi və buna görə də reaktorun içində və xaricində aparılan ölçmələrdə radiasiya səviyyəsinin normal olduğu qeyd olunub. Hadisə nəticəsində ölən və ya yaralanan olmadığı, agentlik müfəttişlərinin vəziyyəti yaxından izlədiyi bildirilib.
BAEA-nın baş direktoru Rafael Mariano Qrossi Çernobildə baş verən bu hadisənin və son vaxtlar Zaporojye Atom Elektrik Stansiyası ətrafında artan hərbi fəaliyyətlərin hər iki stansiya üçün nüvə təhlükəsizliyi riskinin davam etdiyini göstərdiyini vurğulayaraq "Arxayınlaşmağa yer yoxdur, BAEA yüksək hazırlıq vəziyyətində qalmağa davam edəcək" deyə bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...