İrlandiyanın Ryanair aviaşirkəti yeni qadağaya görə rusiyalıları Estoniyaya uçuşlara buraxmaqdan imtina edib. SİA xəbər verir ki, bu barədə REN TV özünün Telegram kanalında məlumat yayıb.
Avropa daşıyıcısının əməkdaşlarının sözlərinə görə, bu yaxınlarda Rusiya vətəndaşlarının sərhədi keçmək üçün Baltikyanı ölkədən istifadəsini qadağan edən qanun qəbul edilib.
Rusiya vətəndaşı Dmitri Yatsenko yenilikdən Dublin hava limanında vizası yoxlanılan zaman öyrənib. Hava limanındakı menecer "o təyyarədə uça bilməz" deyib.
Bu, Ukrayna və Rusiya arasındakı münaqişəyə, sanksiyalara görədir, - nəşrin mənbəsi izah edib.
…Daha ətraflı məlumat əldə etmək üçün Estoniya və Rusiyanın Xarici İşlər Nazirlikləri ilə əlaqə saxlamalısınız.
Hava limanının əməkdaşı həmyerlisinə yeni qadağanı bildirən sənədi göstərib.
Lakin o, kağızın şəklini çəkməyə icazə verməyib və dərhal onu çıxarıb.
Həmin şəxs vurğulayıb ki, saytda onlayn bilet bron edərkən bu qanunla bağlı heç bir məlumat yoxdur.
Xatırladaq ki, bundan əvvəl 20-dən çox rusiyalı səyahətçiyə Moldovaya giriş qadağan edilmişdi.
Zərərçəkmişlərdən birinin dediyinə görə, pasport yoxlaması zamanı onu dindirməyə aparıblar, bundan sonra ona ölkəyə girişdən yazılı imtina edilib.
Söhbət zamanı onlar ölkədə olmalarının səbəbləri və müddəti ilə bağlı klassik suallar veriblər.
Əli Babayev